Bakıda məktəblinin ölüm səbəbi açıqlandı - RƏSMİ
Fevralın 12-də saat 22:51 radələrində 03.09.2010-cü il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Adalet.az-a verilən məlumata görə, azyaşlıda 03.02.2024-cü il tarixindən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb:
“Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub. Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib. Pasiyentin 13.02.2024-cü il tarixində vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib.
Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasiyon tədbirlər nəticə verməyib. Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd olunur”.
Xatırladaq ki, Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray Süleyman qızı İbrahimovanın qızılcadan vəfat etdiyinə dair məlumat yayılmışdı.
***
Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib.
Adalet.az xəbər verir ki, məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Nuray Süleyman qızı İbrahimova qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

