Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2026-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
Adalet.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, elektron portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə “ASAN LOGIN” üzərindən "ASAN İmza" vasitəsilə daxil ola bilərlər. "ASAN İmza" yalnız VÖEN hesabına bağlı olduğu halda keçərlidir.
Bundan əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il üçün nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin portala daxil etdiyi elana uyğun olaraq bir və yaxud bir neçə adda məhsula dair təkliflərini cari ilin 1 avqust – 1 sentyabr tarixləri arasında sistemə yükləyə bilərlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsi tamamilə ödənişsizdir.
Tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir.
Digər Xəbərlər

Əhalinin kredit kartları almasına limit qoyulur

Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Emindən açıqlama: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Azərbaycanda kredit faizləri aşağı salınacaq? - CAVAB

Taleh Kazımov yeni qərar imzaladı - SƏRTLƏŞDİRİLDİ

Bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar: Daha kimlər imtiyazdan yararlanacaq?
