Azərbaycanda ehtiyac meyarı 15 manat artırılıb
Milli Məclis 2026-cı il üçün ehtiyac meyarının həddi üçüncü oxunuşda qəbul edib.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.
Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.
Layihə 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Digər Xəbərlər
02 Aprel 2026 12:22
Nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
02 Aprel 2026 11:32
Üçünün bir məqsədlə birləşməsi nəyisə dəyişə biləcəkmi? - İqtisadçı
31 Mart 2026 17:38
Azərbaycan-Türkiyə biznes tərəfdaşlığı müzakirə edildi
31 Mart 2026 11:21


Bakı -°C

