Azərbaycanda ilk: Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
71 yaşlı İmaməli Cavadov sağ ikən özünə məzar qazdırdı, başdaşı düzəltdirdi, üstündəki qr kod vasitəsilə də məzarına gələcək olanlara özü haqqında danışdı.
Adalet.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu qərara gəlməsinə səbəb ağır xəstəlikdən sağalması oldu.
İmaməli Cavadov deyir ki, 3 övladı var. Övladları bu missiyanı atalarının onlara həvalə etməsini istiyirmişlər.
Məzarları QR kodlaşdıran mütəxəssis isə deyir ki, ilk dəfədir belə sifarişlə rastlaşıb. Öz başdaşısını özü sifariş edən adamı görəndə təəccüblənib.
İmaməli Cavadov deyir ki, atası başdasının sadə olmasını vəsiyyət edibmiş. Ona görə, elə o da ata-anasının başdaşından hündür olmayan məzar daşı düzəltdirib.
Digər Xəbərlər
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

