Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, məlum olduğu kimi, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb və qanunla təsdiq edilib.
WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:
• WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);
• qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);
• qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);
• müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).
Qeyd edilib ki, bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 12:41
"Risklərin aradan qaldırılmasına dair 8 standart hazırlanıb" - Nazir müavini
11 Mart 2026 11:28
"Strateji hədəflərdən biri ölkəmizi regionda süni zəka üzrə mühüm mərkəzə çevirməkdir" - Nazir
11 Mart 2026 11:12
“İran hazırda öz neftini sata bilmədiyinə görə...” – Politoloq
11 Mart 2026 10:57
“Xalq Sığorta” şikayətlərə görə “lider” oldu - SİYAHI
11 Mart 2026 09:31


Bakı -°C

