"Azərbaycanla Ermənistan arasında istənilən sülhü alqışlayırıq" - Əraqçi

"Çərşənbə axşamı Ermənistan xarici işlər nazirinin müavininin Tehrana gəlməsi planlaşdırılır və biz məsləhətləşmələri davam etdiririk".
Adalet.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Bizim Zəngəzur və bu məsələ ilə bağlı mövqeyimiz tamamilə aydındır. Biz Ermənistanla Azərbaycan arasında istənilən sülhü alqışlayırıq və bundan əvvəl də əməkdaşlığa və Ermənistanla Azərbaycan arasında sülh prosesini asanlaşdırmağa hazır olduğumuzu bəyan etmişik.
Qafqaz regionuna gəlincə, bizim mövqelərimiz tamamilə aydındır: biz regionun bütün ölkələrindən öz əraziləri üzərində tam suverenliyi qoruyub saxlamağı, regionun bütün ölkələrinin ərazi bütövlüyünə hörmət etməyi və beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etməməyi tələb edirik”, - deyə Əraqçi qeyd edib.
Digər Xəbərlər

Türkiyədə xilasetmə işləri davam etdirilir - VİDEO

Zəlzələ və insanların xilas edilmə anı... - VİDEO

Türkiyədə güclü zəlzələ:10 bina uçdu - VİDEO -YENİLƏNİB

Pezeşkian: "Qadınları hicaba məcbur etmək doğru deyil" - VİDEO

Roma Papası Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışlayıb

Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcək - BƏYANAT

NATO-dan Azərbaycan və Ermənistan arasındakı sülhlə bağlı açıqlama
