Azərbaycanlı bəstəkar yatıb ayılmadı
Azərbaycanlı gənc bəstəkar və söz yazarı Sahilə Qurbanova vəfat edib.
Adalet.az olay-a istinadən xəbər verir ki, uzun zamandır epilepsiyadan əziyyət çəkən sənətçi gecə yuxuda ikən dünyasını dəyişib.
S.Qurbanova sonuncu dəfə müğənni Nərmin Kərimbəyova üçün "Mənə zaman ver" adlı mahnını ərsəyə gətirib.
İfaçı da bu barədə sosial media hesabında paylaşım edib:
"Bilmirəm nə deyim, Allah rəhmət etsin kəlməsi heç yaraşmır gənc istedada. Balaların yetim qaldı. Çox heyif səndən. Heç istəməzdim buna inanım. Sən həmişə gözəl bəstələrində yaşayacaqsan. "Mənə zaman ver" mahnısı üçün həmişə minnətdar olacam. Gözəl ürəkli insan, bu mahnını sevgi ilə yaşadacam. Başqa heç nə gəlmir əlimdən. İlk dəfə eşidən kimi anladım ki, bu, mənim mahnımdır. Kaş, çox yaşayıb, çox yaradardın".
Qeyd edək ki, mərhumun iki övladı var. O, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı imiş.
Digər Xəbərlər
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16
Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb -FOTOLAR
07 Sentyabr 2026 15:31


Bakı -°C

