13 Iyul 2025 16:08
106
DÜNYA

Azərbaycanlı qadın hərbçi Ukraynada HƏLAK OLDU

Azərbaycan əsilli hərbi qulluqçu Ukraynada şəhid olub.

Adalet.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial mediada paylaşım edib.

O bildirib ki,1982-ci il təvəllüdlü, A2167 saylı hərbi hissənin mexanikləşdirilmiş batalyonunun tibb məntəqəsinin sanitar təlimatçısı Mehdiyeva Əminə Əli qızı döyüş tapşırığı yerinə yetirərkən iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi ərazisində həlak olub.