Azərbaycanlı rəssamın Soçidə fərdi sərgisi keçirilir - FOTOLAR
Azərbaycanlı rəssam Zəkəriyyə İsmayılın Rusiyanın Soçi şəhərində fərdi sərgisi baş tutub. Sərgi Soçi şəhərinin ad günü çərçivəsində Soçi şəhər Mədəniyyət Deportamentinin təşəbbüsü ilə, Şəhər Mədəniyyət Evində təşkil olunub. Sərgidə rəssamın rəsm əsərləri ilə yanaşı ağacdan oymaları, döymə sənəti (çekanka) nümunələri, qrafika əsələri də yer alıb. Açılış mərasimində Mədəniyyət Evinin direktoru Olqa Osokina çıxış edərək rəssamın əməyini yüksək qiymətləndirmiş, ona yaratma əzminə, insanlığına və incəsənət sahəsində gördüyü bütün işlərə görə təşəkkürünü bildirmişdir.
Sərgiyə rəssamın doğmaları ilə yanaşı şəhərin azərbaycanlı və yerli sakinləri də qatılıb. Sərgi 15 iyun tarixinədək davam edəcəkdir.
Bu, rəssam Z.İsmayılın sayca dördüncü fərdi sərgisidir, sənətkar çoxsaylı beynəlxalq sərgilərə də qatılıb: “Mən bəzən elə materiallarla işləyirəm ki, kənardan bir çoxu bunu yararsız əşya zənn edir.” deyən rəssam çalışmadan bir gününün keçmdiyini qeyd edir. Zəkəriyyə İsmayıl qara kağızdan siluetlər də kəsir: “Bu çox çətin bir işdir, cəmi üç dəqiqəyə silueti hazır edirəm, bu yəqin ki, Allah vergisidir.”
Uzun illərdir Vətəndən kənarda yaşayan Zəkəriyyə İsmayıl, daima əsərlərində öz milli kimliyini, adət-ənənələrini, doğma təbiəti və.s. əks etdirmişdir. Doğulub boya-başa çatdığı Qərbi Azərbaycandan (Qızıl Şəfəq kəndi) ayrı düşməyi, Vətən nisgili yalnızca rəsmlərin deyil, eləcə də yazdığı şeirlərin, hekayələrin əsas mövzusu olub. Rəssamın “Qəriblikdən gələn səs” (2006), “Allah mənimləsə” (2009), “Ağ kağızda qara naxış” (2019) adlı şeirlər kitabı işıq üzü görüb. Zəkəriyyə İsmayıl hazırda dördüncü kitabı üzərində çalışır, kitabda Vətəndən qürbətdə yaşanan xatirələri yer alacaqdır: “Hələ görüləsi işlər çoxdur, yeni rəsm əsərləri, sənət nümunələri yaratmağa davam edirəm.”
Digər Xəbərlər
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib - FOTOLAR
26 Dekabr 2025 12:28
2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55


Bakı -°C

