adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2023 14:04
750
ŞOU-BİZNES

Azəri qızı Günel Yeliz Yeşilmenə kəskin cavab verdi

Müğənni Günel Zeynalova və türk aktrisa Yeliz Yeşilmen arasında qalmaqal yaşanıb.

Adalet.az xəbər verir ki, buna səbəb Yelizin Günelin estetikləri ilə bağlı xəbərə “Burun, dodaq, diş, yanaq estetiki var. Heç nə yoxdu, kiçik toxunuş” şərhi olub.

Zeynalova ona “Bəli, Yeliz. Sonuncu dəfə məni görəndə nə qədər gözəlləşmisən, maşallah, demişdin. Kaş üzümə və dişlərimə yaxşı baxardın. Onda sənə hansı prosedurları etdirdiyimi deyərdim. Onsuz da saxta səmimiyyətləri anlaya biləcək yaşdayam. Sənə də sevgilər” cavabını verib.

Əntiqə