"Azəriqaz" yenə soyuq havada vətəndaşları qazsız qoydu

Bu gün Bakının Binəqədi və Yasamal rayonlarının bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Adalet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X. Natavan küçələrinin həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər Xəbərlər

Niyazi Mehdi vəfat etdi

İsmayıllıda yenidən zəlzələ oldu

“BakuBus” qarda sürüşərək yolun kənarına düşdü

Qarlı havada 347 nəfər xəsarət alıb

"OBA" marketdə partlayış - Xəsarət alanlar var - YENİLƏNİB/VİDEO

Azərbaycanda zəlzələ oldu

Emin Ağalarov "Crocus Group"un terror hücumundan sonrakı itkilərini açıqladı
