AzMİU-nun daha 5 tələbəsi təhsilini İstanbul Texnik Universitetində davam etdirəcək
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "İnşaat mühəndisliyi" ixtisası üzrə 5 tələbəsi - Nəzrin Rzayeva, Fərid Hacılı, Əli İmanov, Söhrab Əskərzadə və Əli Muxtarov ikili diplom müqaviləsi əsasında təhsilini İstanbul Texnik Universitetində (İTU) davam etdirəcəklər.
Bununla bağlı olaraq AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tələbələrlə görüşüb. Rektor tələbələrə öz tövsiyələrini verib və qeyd edib ki, "İnşaat mühəndisliyi" ixtisası üzrə İTU dünyanın ən qabaqcıl universitetlərindəndir.
Azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri fonunda ölkəmizdə yüksək ixtisaslı inşaat mühəndislərinə yaranan təlabata diqqət çəkən professor Gülçöhrə Məmmədova, bu işdə İTU-ya yola düşən tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Rektor əlavə edib ki, AzMİU tələbələrinin yüksək elmi araşdırma və qabaqcıl təcrübəyə əsaslanan təhsillə təmin olunması üçün digər qabaqcıl universitetlərlə də ikili diplom müqavilələri üzrə mübadilə proqramları həyata keçiriləcək.
Qeyd edək ki, AzMİU ilə İTU arasında 2018-ci ildə "İnşaat mühəndisliyi" ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, hər il AzMİU-nun 5 tələbəsi III və IV kurslar üzrə İTU-da, İTU-nun 5 tələbəsi isə I və II kurslar üzrə AzMİU-da təhsil alır. Təhsilini müvəffəq qiymətlərlə baş vuran tələbələrə hər iki universitetdən diplom təqdim edilir.
Digər Xəbərlər
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48


Bakı -°C

