Aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstəriləcək-“Gender Bərabərliyi” İctimai Birliyi layihənin icrasına başladı
"Gender Bərabərliyi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstərilməsi" adlı layihəsinin icrasına başlayıb. Bu barədə ictimai birliyin sədri Şəkərxanım Əliyeva məlumat verib.
"Aztəminatlı şəxslərin hüquqi problemlərinin həllində maddi imkanlarının olmaması və hüquqi sahədə biliklərin az olması onların qanuni mənafelərinin müdafiə olunmasına maneçilik törədir.
Belə ki, həmin şəxslərin hüquqi problemlərinin həllinə nail olunması üçün müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, məhkəmə instansiyalarına iddia və qarşılıqlı iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması zəruridir"-deyə, QHT sədri bildirib.
Ş.Əliyevanın sözlərinə görə, yuxarıda göstərilən problemləri nəzərə alaraq, "Gender Bərabərliyi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 15.09.2022-01.12.2022-ci il tarixlərində "aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstərilməsi" adlı layihəsini icra edəcək.
"Belə ki, hüquqi xidmət olaraq müraciət edən şəxslər üçün iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, vəkillik xidməti olaraq isə müraciət edən şəxslərin məhkəmədə təmsil olunması və onların məhkəmə müdafiəs təşkil olunacaqdır.
Layihənin icrasına hüquqşünas Yaşar Ağazadə və vəkil Nurməmmədov Araz cəlb olunacaq"-QHT sədri belə deyib.
Onun sözlərinə görə, layihədən faydalanmaq istəyən şəxslər facebook, instagram sosial şəbəkələrinin pulsuz hüquqi xidmət səhifələrində və ya qaynar xətt formatında yaradılmış (055) (070)8543019 ( whatsApp) mobil nömrə vasitəsilə əlaqə yarada bilərlər.
Digər Xəbərlər
24 Dekabr 2025 13:29
“Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlanılıb
24 Dekabr 2025 08:03
SCIENTIFIC AND ACADEMIC COOPERATION
12 Dekabr 2025 09:00
DÜNYA İLƏ ƏLAQƏLƏRİMİZ MÖHKƏMLƏNİR
05 Dekabr 2025 09:00
BU YERLƏRƏ BİR DƏ GƏL
01 Dekabr 2025 10:40
Azərbaycan gəncləri üçün interaktiv idman, əyləncə və sağlam həyat platforması - GəncFit
28 Noyabr 2025 09:00
MÖHTƏŞƏM QƏLƏBƏMİZ DÜNYAYA SƏS SALDI
25 Noyabr 2025 21:36
“LS Academy” növbəti layihəsini uğurla həyata keçirdi
21 Noyabr 2025 09:00


Bakı -°C

