Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 60-cı kilometrliyində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Adalet.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “MAN” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin yanacaq çəni hissəsində baş vermiş yanğın kabinəyə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtomobilin qoşqusunda olan yanacaq çəni və ətrafa dağılmış yanacaq 500kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb. Avtomobilin kabinəsi və ətraf ərazilər yanğından mühafizə olunub", - məlumatda bildirilib.
Qeyd edilib ki, hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
13 Iyul 2026 10:58
Ağdam sakini müharibədə itkin düşdü
12 Iyul 2026 19:01
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
12 Iyul 2026 09:06
Tovuz döyüşlərindən 6 il keçir
11 Iyul 2026 19:00
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
11 Iyul 2026 17:33
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
11 Iyul 2026 11:47
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - VİDEO
11 Iyul 2026 10:31
Ukrayna azərbaycanlıların idarə etdiyi daha bir GƏMİNİ VURDU - VİDEO
10 Iyul 2026 17:57


Bakı -°C

