02 Avqust 2024 14:34
112
HADİSƏ

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - ölü və yaralılar var - YENİLƏNİB

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.

Adalet.az xəbər verir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

Xatırladaq ki, bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissədə “NEOPLAN” və “İSUZU” markalı 2 sərnişin avtobusu toqquşub.

***13::36

AYNA Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəza ilə bağlı açıqlama verib.

Qurumdan Adalet.az-a bildirilib ki, ilkin məlumata əsasən, Bakı-Sumqayıt ekspres avtobusu 42 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub.

"Hadisə nəticəsində 42 nömrəli avtobus aşıb, avtobusda olan 1 sərnişin vəfat edib, xəsarət alanlar var. Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, Bakı-Sumqayıt ekspres avtobusunun sərnişinləri arasında ölən və xəsarət alan olmayıb", - məlumatda deyilir.

Xatırladaq ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

*** 12:52

Avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Adalet.az xəbər verir ki, bu barədə Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib.

Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

 

***

Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Adalet.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

    Hadisə zamanı iki sərnişin avtobusu toqquşub.

    ***

    Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli yaralı var.

    Adalet.az xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

    Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən digər marşrut avtobusu ilə toqquşub, 10-dan çox yaralının olduğu bildirilir.