02 Avqust 2024 13:25
73
HADİSƏ

Sabunçu rayonunda su fasilələrlə verilir

İsti yay günlərində Sabunçu rayonu Sabunçu və Zabrat qəsəbələrində  su problemi yaşanmaqda davam edir.

Adalet.az-ın məlumatına görə sözügedən qəsəbələrdə həftənin yalnız üç günü (2-ci, 4-cü və şənbə günləri) su verilir. Digər günlərdə isə insanlar su çənlərindən istifadə edirlər. Yaxud da su alırlar. Qəsəbə sakinləri vəziyyətlə bağlı tədbit görülməsi üçün müraciət etsələr də, vəziyyət eyni olaraq davam edir.

Əntiqə