02 Avqust 2024 09:43
126
HADİSƏ

Şəhid atası Allahın dərgahına qovuşdu

Bəhmənlidə bir pinəçi Vaqif vardı və ömrü boyu əlinin qabarı, alnının tərilə yaşamışdı! Oğlu da Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu və heç vaxt bu addan istifadə etməmişdi.

O , dünən Allahın dərgahına gedib, şəhid balasına qovuşdu. İndi həm özü rahardır, həm də ruhu!  Biz uşaq olanda  topumuz  yırtılanda onun yanına gedir, o da topumuza yamaq vurar, amma pul almazdı.

Göy üžü kimi təmiz, bulaq suyu kimi duru  Vaqif qardaşımıza Allahdan rəhmət diləyir,  " yerin Cənnət olsun" - deyirik!!!

Emil Faiqoğlu