02 Avqust 2024 13:23
74
HADİSƏ

FHN qanunsuz tikintinin qarşısını aldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-nin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Abşeron rayonunun Masazır kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin altında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

    FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.