Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 10 764,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 3,3% azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, qaz nəqlinin 50,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 5 447,9 mln. kubmetr qaz ötürülüb (2,4%-lik azalma olub).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 4,3%-lik artım deməkdir.
Digər Xəbərlər

Marketlər bizi niyə aldadır?!

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göz yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR
