adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2022 11:59
479
MƏDƏNİYYƏT

Bakı Xoreoqrafiya Akademiyası YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib

Bakı Xoreoqrafiya Akademiyası Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib.

Konsertdə Mədəniyyət nazirliyinin, Elm və təhsil nazirliyinin əməkdaşları, Azərbaycan ali təhsil müəssisələrinin, xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də, Nəsimi rayon İcra hakimiyyətinin nümayəndələri, YAP-ın üzvləri, YAP-ın Nəsimi rayon təşkilatının sədri, incəsənət və media nümayəndələri, ictimai fəallar və BXA-nın tələbə-müəllim heyəti iştirak edib. 

Konsert başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra BXA-nın tələblərinin ifasında “Azərbaycan”,  Q.Qarayevin “Leyli və Məcnun” baletindən parça,  İspan xalq rəqsi “Flamenko”, “Məhəbbət haqqında”, Xalq rəqsi “Şələqoy”, Xalq mahnısı “Küçələrə su səpmişəm”, “Sən yadıma düşəndə”, S.Raxmaninovun “Burevestnik”, Xalq rəqsi “Qartal”, Xalq rəqsi “Yüz biri rəqsi”, Xalq mahnısı “Laçın”, Xalq rəqsi “İgidlər rəqsi”, L.Minkusun “Don Kixot” baletindən Kitrinin variasiyası, C.Cahangirovun “Ala göz”, Ü.Hacıbəylinin “Cəngi” və sonda T.Ağayevanın “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” konsertin bütün iştirakçılarının ifasında ifa edilib. 

Konsertin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.

Qeyd edək ki, konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və anşlaq olub.