Bakı Xoreoqrafiya Akademiyasında Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Ardınca nümayiş edilən videoçarxda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uşaqların mənafeyini əks etdirən kəlamları səsləndirilib:
“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!”
Ədəbi və bədii hissədən təşkil olunmuş tədbirdə tam orta təhsil pilləsinin şagirdlərinin ifasında şeirlər, nümayiş edilən rəqs kompozisiyaları və təqdim edilən mahnılar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə təşkil olunmuş “Bədii qiraət” müsabiqəsinin qaliblərinə Təşəkkürnamələr təqdim olunub.
Sonda bir daha uşaqların bayramı təbrik edilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

