Bakıda I sinfə qəbulla bağlı sualı olan valideynlərin nəzərinə
Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha ətraflı aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində 28-30 aprel 2021-ci il tarixlərində müvafiq suallara cavab verilir.
Adalet.az-ın məlumatına görə, suallar şərhlər vasitəsilə saat 10:00-dan 18:00-dək cavablandırılır.
Valideynlər üçün daha bir imkanın yaradılmasında əsas məqsəd onları düşündürən məsələlərə daha operativ aydınlıq gətirmək və eyni sualı olan valideynlərə ümumi qaydada cavab verilməsinin təmin olunmasından ibarətdir.
Qeyd edək ki, aprelin 27-si saat 11:00-dan 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
I sinfə şagird qəbulu prosesində məktəb və müəllim seçiminə isə aprelin 29-dan başlanılacaq.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

