BAKIDA MUJİK DİLİ - İlhami Cəfərsoy yazır
Rusların zadəganları 1812-ci ilə qədər öz dillərini bəyənmirdilər, fransız dilində danışırdılar. Deyirdilər ki, o dil bizim ali zatımıza layiq deyildir, küçədəki mujiklərin dilidir.
Bonapart Napoleon 1812-ci ildə Moskvanı tutub yandırmasaydı, onlar indiyəcən özlərinə müsyö, arvadlarına madam deyəcəkdilər. Moskva alovlar içində yananda ivanlar tüstülər içində olan şəhərə baxıb ağladılar. Dilləri dolaşa-dolaşa rusca danışmağa başladılar.
Yekaterinanın tumanından çıxanlarlar 37-də şairlərimizi güllələdilər, biz 70 il onların dilində danışdıq. Torpaqlarımızı alıb erməniyə verdilər, balalarımızı rus məktəblərinə qoyuruq.
Urusuca dissertasiyalar yazıb, mujik elmlər doktoru oluruq. İstər-istəməz düşünürsən, Bakı Azərbaycandır? Bakı Azərbaycandırsa, nə üçün reklamların 90 %-i rus və Avropa dillərindədir? Bakı Azərbaycandırsa, nə üçün dövlət qulluğuna müsabiqələrdə ana dilindən sertifikat tələb olunmur? Almaniyada lll dərəcəli sertifikatın yoxdursa, sənə küçə də süpürtdürmürlər. l dərəcəli sertifikat ala bilməsən, dövlət qulluğuna yaxın buraxmırlar.
Digər Xəbərlər
16 Dekabr 2025 09:36
Anar Ələkbərov Xalq yazıçısını evində TƏBRİK ETDİ
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16
Gülzar Vahabzadə: “Bu sevgi tamaşaçılarla ifaçıları birləşdirərək, hamını ifaçıya çevirmişdi”
15 Dekabr 2025 10:36


Bakı -°C

