09 Dekabr 2023 15:04
1210
KRİMİNAL

Bakıda vətəndaşlardan 38 min manatlıq qızıl-zinət oğurlayanlar saxlanıldı

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.