Bakıda yayılan qulaqdibi xəstəliyi epidemioloji hal alıb? - VİDEO
Hazırda ölkədə epidemik parotit, yəni qulaqdibi xəstəliyi üzrə epidemioloji vəziyyət sabitdir.
Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirliyindən bildirilib. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.
Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə - öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11-23 gün davam edir. Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.
Xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünümüalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunmalıdır.
Digər Xəbərlər
11 Iyul 2026 10:14
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
10 Iyul 2026 14:38
Azərbaycanda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ AÇIQLAMA
09 Iyul 2026 13:18
İnfarkt və insulta səbəb olan əsas yeməklər
09 Iyul 2026 09:05
Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
08 Iyul 2026 14:51
PSİXOLOQ: “Ən təhlükəli məqam zorakılığın alqışlanmasıdır”
07 Iyul 2026 18:21
Sosial şəbəkələrdədə satılan bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
07 Iyul 2026 17:52
Saç tökülmə, halsızlıq, diqqət dağınıqlı - Bir problemin əlamətidir
07 Iyul 2026 11:33


Bakı -°C

