“Bakıvaxtı.az Xəbər Portalı”ndan Türkiyəyə DƏSTƏK
Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Bu hadisədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarələri göndərilib.
Qardaş ölkədə baş verənfaciədən sonra Azərbaycanın dövlət qurumları və müxtəlif təşkilatlar Türkiyə üçün yardım kampaniyasına qoşulublar.
“Bakıvaxtı.az Xəbər Portalı” MMC zəlzələnin ağır nəticələrinin aradan qaldırılmıası, çətin vəziyyətə düşmüş insanlara köməklik məqsədilə müvafiq bank hesabına 1700 manat məbləğində maliyyə vəsaiti köçürüb.
“Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələlər hər birimizi hədsiz kədərləndirdi. Bu ağır günlərdə türk xalqının yanındayıq, türk qardaş və bacılarımızın hüznünə şərikik, zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Tanrı Türkiyəni, Azərbaycanı qorusun”, - redaksiyanın açıqlamasında deyilir.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

