BANM-ın 11 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək
SOCAR-ın Bakı Ali Neft Məktəbinin 11 tələbəsi “SOCAR Türkiyə”də yay təcrübə proqramında iştirak etmək imkanı qazanıb.
Adalet.az xəbər verir ki, onlar Əbil Şəfiyev, Aytac Əmirov, Nihad Səfərli, Lalə Ələkbərova, Röya Məmmədova, Leyla Həsənova, Malik Süleymanov, Şamil Fərzəlizadə, Aynur Tahirova, Nərmin Nusalova, Aytac Vəliyevadır. Tələbələrin 7-si Kimya mühəndisliyi, 4-ü isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alır.
Rektor Elmar Qasımov seçilən tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. Rektor “SOCAR Downstream” və “SOCAR Türkiyə”nin BANM tələbələrinə daim dəstək göstərdiyini və məzunların işlə təmin olunduğunu vurğulayıb.
Habelə görüşdə “SOCAR Downstream Management” MMC-nin nümayəndələri Ülvi Gülüşov, Nərmin Abdullayeva və Alış Həziyev də iştirak ediblər. Onlar bu təcrübənin tələbələrin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini vurğulayıblar.
Eyni zamanda bu il ən yüksək bal toplayan və Ali Məktəbi seçən abituriyentlər də tədbirə qatılıblar. BANM tələbələri onlarla öz təcrübələrini bölüşüblər.
Digər Xəbərlər
19 Iyun 2026 17:56
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
19 Iyun 2026 17:28
513 əlaçı 0-200 bal toplayıb
19 Iyun 2026 16:44
Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı sınaqlar başa çatıb
19 Iyun 2026 15:49
Hamı müəllimə borcludur...
19 Iyun 2026 13:34
Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
19 Iyun 2026 09:44
Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub
18 Iyun 2026 12:34
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
17 Iyun 2026 14:36


Bakı -°C

