03 Iyul 2024 11:07
322
GÜNDƏM

Baqrat etiraz, Paşinyan da  velosiped yürüşündə: 7-ci dəfə - VİDEO

Xəbər verdiyimiz kimi, “Vətən üçün Tavuş” hərəkatının lideri keşiş Baqrat Qalstanyan Zəngəzur vilayətin , o cümlədən, Gorus, Qafan, Şrvenants, Sraşen Sisyan və digər rayonun və qəsəbərə gedir, əhali ilə görüşlər keçirir, erməniləri baş nazir Nikol Paşinyana qarşı mübarizəyə qaldırır.

Görünən odur ki, keşişin hərəkatı da, canfəşanlığı da baş nazirin heç umrunda da deyil.
Beləki, bu gün səhər tezdən Paşinyan tərəfdarları ilə növbəti dəfə velosiped sürdü.
O, videonu belə şərhlə yayımlayıb: "“Bu gün 25 km sürmək qərarına gəldik, 26 km getdik. Yaşasın velosiped”. Bu, 7-ci velosiped yürüşü idi".

 Qeyd edək ki, ötən ay  politoloq Artsrun Pepanyan erməni mediasına müsahibəsində bildirmişdi ki, Baqratın təklifinə məhələ qoyulmayıb və indi hərəkat ikinci mərhələ ilə üz-üzədir: “Hərəkat bu mərhələyə də hazır deyil”.

 Əntiqə Rəşid