"Barama" bağçasında azyaşlı zorakılığa məruz qaldı - DİN-dən açıqlama - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən uşaq bağçasında dayə uşaqlardan birinə qarşı kobud rəftar edib.
Adalet.az xəbər verir ki, bu barədə uşağın valideyni Aysel Geibi Mokarrami Baku.ws-yə şikayət edib.
Onun sözlərinə görə, Hüseynbala Əliyev küçəsi, 21A ünvanında yerləşən "Barama" adlı uşaq bağçasında övladı A.G.M. Fatimə adlı dayə tərəfindən şiddətə məruz qalıb.
"Dayə uşağın boğazından tutub və qaldırıb. Uşağın boğazında və qollarında cızıq izləri var. Bu barədə hüquq-mühafizə orqanlarına bildirmişik. Ekspert rəyini isə bu gün hazır ediblər. İstəyirəm ki, övladıma bunu edən cəzalandırılsın", - deyə Aysel Geibi Mokarrami bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, sentyabr ayının 2-də Bakının Nəsimi rayonunda yerləşən bağçaların birində uşağa qarşı kobud rəftar edilməsi ilə bağlı polisə məlumat daxil olub:
"Məsələ ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır".
Digər Xəbərlər

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Daha dörd itkin-şəhidi dəfn olunacaq

Ağcabədidə 20 yaşlı ana doğuş zamanı öldü

Qusarda ustanı elektrik cərəyanı vuraraq öldürüb

Bakıda özəl bağçada azyaşlı ilə kobud rəftar edildi - VİDEO

Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir

Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
