Daha dörd itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhidlərin hər dördü də hərbçidir. Onlar Vəliyev Murad Məlikməmməd oğlu, Abdullayev Cəlal Xankişi oğlu, Zərbəliyev Ayaz Əsgəralı oğlu, Qayıbov Vəkil Möylan oğludur.
M. Vəliyevin nəşinin qalıqları sabah saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, C.Abdullayev saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, A.Zərəbəliyev saat 14:00-da Göyçay şəhəri, Şəhidlər Xiyabanında, V.Qayıbov saat 15:00-da Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.
Digər Xəbərlər

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Ağcabədidə 20 yaşlı ana doğuş zamanı öldü

Qusarda ustanı elektrik cərəyanı vuraraq öldürüb

"Barama" bağçasında azyaşlı zorakılığa məruz qaldı - DİN-dən açıqlama - VİDEO

Bakıda özəl bağçada azyaşlı ilə kobud rəftar edildi - VİDEO

Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir

Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
