Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 16-da, saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
07 Sentyabr 2026 11:32
Bu ay 8 gün iş olmayacaq
07 Sentyabr 2026 10:33
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
07 Sentyabr 2026 10:30
“Ancaq tiblə ölkə xilas olunmaz”
07 Sentyabr 2026 09:58
Yeni tədris ili ərəfəsində yollardakı vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
07 Sentyabr 2026 09:00
Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO
06 Sentyabr 2026 16:40
Prezidentin Hərbi Dəniz Qüvvələrinə ziyarətindən - Görüntülər
06 Sentyabr 2026 16:12
Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü
06 Sentyabr 2026 15:10


Bakı -°C

