Baş prokuror səfirliyimizə edilən hücuma görə Fransa səfiri ilə görüşdü
Sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
Adalet.az xəbər verir ki, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Zakari Qrosa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda aparılan bərpa və yenidənqurma işləri haqda səfiri məlumatlandırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda fəaliyyətini məmnunluqla bildirərək Fransanın Azərbaycanla əlaqələrinə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini, eləcə də iki ölkə arasında iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunaraq ikitərəfli məsələlərin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib. Fransanın Qarabağda minatəmizləmə fəaliyyətində iştirak etdiyini bildirən səfir, ölkəsinin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında maraqlı olduqlarını vurğulayıb.
Z.Qros ölkəmizin prokurorluq orqanlarında aparılan köklü islahatları yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan prokurorluğunun əməkdaşlarının Fransanın Dövlət Qulluğu üzrə Milli İnstitutu (keçmiş ENA) və Milli Magistratlar Məktəbində (ENM) təcrübə keçmələri üçün geniş imkanlar olduğunu bildirib.
Daha sonra sentyabrın 18-də Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunaraq bu barədə müvafiq razılıq əldə olunub. Səfir Qros baş verən hadisənin təəssüf doğurduğunu bildirərək Fransa tərəfindən hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağını qeyd edib. Həmçinin bildirilib ki, ölkəmizin Parisdəki diplomatik nümayəndəliklərinin inzibati binaları hazırda tam şəkildə polis tərəfindən qorunur.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50


Bakı -°C

