BAŞI DUMANLI ŞUŞA - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
27432 | 2019-05-10 15:00

Şuşasız Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur.

Heydər Əliyev, ümummilli lider


Dünən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaşəhərinin işğal olunmasından 27 il keçdi. Amma iyirmi yeddi il keçməsinə baxmayaraq yaramızqaysaq bağlamır. Bağlamasın, yaramız hər an göynəsin ki, biz də yata, dincələbilməyək, istəsək də unuda bilməyək Şuşanı.

Möhnətini böləmmədik,
Həsrətindən öləmmədik,
Harayına gələmmədik,
Ay dərd ilə qoşam, laylay,
ŞUŞAM laylay,
ŞUŞAM laylay!!!...
F.Məmmədli

8 may 1992-ci ilədək Şuşada 25 min nəfərədək əhaliyaşayıb. Şuşanın daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətlifərdi binalar və onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aidabidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edirdi. Burada dünya əhəmiyyətlitarix və mədəniyyət abidələrini və Şuşa Dövlət Mədəniyyət Qoruğunu xüsusiolaraq qeyd etmək lazımdır.

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini,Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əksetdirən füsunkar diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malikxalçaları, Midiya dağ atları - Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilənipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvisuları ilə də məşhur idi. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikasıAzərbaycan dilində"qara bağ","böyük bağ" kimi yozulan budiyarın paytaxtı isə qədim Pənahabad - Şuşa şəhəri olmuşdur. Şuşa şəhərinin ərazisizəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə bura qədim Xocalı-Gədəbəymədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci yarısı - birinci minilliyin əvvəlləri)daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninəçevrilmişdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdırdüzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədiminsan düşərgələrindən biri olduğunu sübut edir. Dəniz səviyyəsindən 1300-1600metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindənbiri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılanarxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkarolunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının - Midiya dövlətinin,Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağxanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimiyaranmış və inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisiGaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsusSosu (latın dilində"ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumatvermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalıolduğu üçün onu"Şuşa"(şüşə - glass) adlandırmışlar.

Şuşa, Qədim dövrlərdən mövcud olmuş şəhər, XIII əsrdəmonqollar tərəfindən dağıdılmışdır.
Şuşa rayonu Azərbaycan Respublikasında inzibati ərazisolaraq 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisindəyerləşir. Ərazisi 289 km?-dir. Əhalisi 1 yanvar 2014-cü il tarixinə 31.5 min nəfərdir.Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir.1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şəhər 8 may1992-ci ildə işğal edilmiş və vəhşicəsinə dağıdılıb və əhalisi qaçqın düşərəkAzərbaycanın müxtəlif reqionlarında yaşayırlar.

Rus işğalı dövründə də Şuşa Qarabağın paytaxtıkimi öz aparıcı mövqeyini saxlayırdı. Ancaq Rusiyaya güclü Qarabağ xanlığı sərfetmirdi və çar məmurları Qarabağ xanlığını zəiflətmək üçün gözəl üsul tapdılar.Onlar Qarabağa, əsasən də Şuşa şəhərinə yersiz-yurdsuz, dilənçi halında olanerməniləri köçürməyə başladılar. Ermənilərin iyrənc xislətinə yaxşı bələd olanruslar bilirdilər ki, bu dilənçi millət bir az özlərinə gələn kimi, Azərbaycanxalqına qənim kəsiləcək, başlarına min oyun açacaqlar.
4 may 1805-ci il Kürəkçay müqaviləsi rusların bufitnəkar siyasətinin əsasını qoydu.

12 oktyabr 1813-cü il Gülüstan və 10 fevral1828-ci il Türkmənçay sülh müqavilələri Azərbaycan torpaqlarının İranla Rusiyaarasında bölüşdürülməsini davam etdirdi və bu köçürmə siyasəti daha geniş vüsətaldı. Türkmənçay sülh müqaviləsinin XV maddəsində deyilir:"gMəmur vəsakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindənRusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadanonların satlıq mallarına və ya əmlakına, əşyalarına hər hansı bir qadağaqoyulmadan mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir".

İkinci Rus-İran müharibəsinin gedişində İrandanAzərbaycana, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçaymüqaviləsinə görə 2 il ərzində, 1828-ci ildən 1830-cu ilədək, Cənubi Qafqaza 40mindən çox İran və 84 000 Türkiyə ermənisi köçürüldü. Onlar Gəncə və İrəvanquberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi və onlara 200 000desyatindən çox xəzinə torpağı ayrıldı.

1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar,8,4%-ni isə ermənilər təşkil edirdi. Köçürmə siyasəti nəticəsində azərbaycanlılarınsayı 64,8 %-ə endi, ermənilərin sayı isə 34,8 %-ə qalxdı.
XIX əsrin sonlarından başlayaraq erməni millətçitəşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzurbölgələrinə yiyələnmək üçün cəhdlər göstərərək,"Böyük Ermənistan"yaratmaq ideyasını həyata keçirmək üçün geniş fəaliyyətə başladılar. Bu istiqamətdəonların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi.

1918-ci ildə rusların səyi nəticəsində Qərbi Azərbaycantorpaqları (İrəvan, Dərələyəz, Zəngibasar, Göyçə və s. mahallar) ərazisindəindiki Ermənistan dövləti yaradıldı.
Azərbaycan rəhbərlərinin belə"səxavətli hədiyyəsindən"ruhlanan Ermənistan rəhbərliyi rəsmi surətdə Qarabağa dair ərazi iddiaları irəlisürdü.

Şuşanın işğalına gedən yol Meşəlidən, Kərkicahandan,Malıbəylidən, Quşçulardan, Xocalıdang keçdi. Bütün bunlara baxmayaraq, Şuşanınişğalına heç kəs inanmırdı, ağlına belə gətirmirdi. Ancaq bu hadisə baş verdi vəŞuşa 1992-il mayın 8-də erməni və rus işğalçıları tərəfindən işğal edildi.Şuşanın işğal günü bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə,bizim hamımız üçün ağır bir dərddir.

Şuşa Azərbaycanın bəlkə də yeganə bölgəsidir ki,bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib, Azərbaycanınbaşını uca edib. Azərbaycan mədəniyyətinə dühalar, tarixi şəxsiyyətlər, incəsənətxadimləri bəxş etmiş bu şəhər, nə qədər istəsələr də heç vaxt, heç bir vəchləbaşqa bir millətin ola bilməz. Bu şəhəri özünün adına çıxmağa çalışan hər hansıbir millətin arzusu ürəyində qalacaq. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal etsələrdə, kənd-kəsəklərinə yalançı adlar qoysalar da, onu heç vaxt özününküləşdirəbilməyəcəkdir.

Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...

Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu bumahnını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsasıQarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudanda dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindənişğal olundu. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri,o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı"Gövhər ağa məscidi",Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov,Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuşgəlib... Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanınbaşının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verənŞuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşənqaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəmqoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq"Xanın səsi","Qarabağınşikəstəsi..."

TƏQVİM / ARXİV