adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Mart 2024 17:27
733
İDMAN

"Bayer 04" "Qarabağ"la matç üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi

Almaniyanın "Bayer 04" klubu Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la keçirəcəyi matç üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Adalet.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, baş məşqçi Xabi Alonso iştirak ərizəsinə 31 futbolçunun adını daxil edib.

Onlardan 23-ü A, 8-i B siyahısında yer alıblar.

Qapıçılar: Lukas Hradeçki, Matey Kovar, Niklas Lomb, Yesper Şliş, Luka Novodomski;

Müdafiəçilər: Yosip Stanişiç, Pierrot İnkapiyer, Conatan Tah, Odilon Kossunou, Edmond Tapsoba, Artur, Alexandro Qrimaldo, Ceremi Frimponq, Daniel Lanq;

Yarımmüdafiəçilər: Yonas Hofmann, Roberd Andrix, Florian Virtz, Ezekiel Palasias, Qustavo Puerto, Qranit Caka, Frankis Onyeka, Enes Yılmaz, Ayman Aurir;

Hücumçular: Borxa İqlesias, Patrik Şik, Natan Tella, Amin Adli, Viktor Bonifeys, Adam Hlozek, Ken İzekor, Noa Peş.

Qeyd edək ki, "Qarabağ" "Bayer 04" ilə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.