07 Avqust 2024 11:33
108
HADİSƏ

Belçikada Cəfər Hüseynzadə ilə xanımının 90 minlik saatı oğurlandı

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.

Adalet.az Haqqin.az-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub.

Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd “Rolex” saatını oğurlayıblar.