06 Avqust 2024 08:58
232
HADİSƏ

Maqnit qasırğası...  

Günəşdə baş vermiş partlayışlar nəticəsində bu gün dünyanın hər yerində maqnit qasırğası yaranır.

Şübhəsiz ki, bu, ölkəmizdən də yan keçmir!   Qasırğa zamanı  xoroniki xəstəliklər olan insanlarda maqnit qasırğasının təsiri daha tez  hiss olunur. Hətta xəstəliyi olmayan insanlar belə həmin günlər özlərini narahat hiss edirlər.

Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-kardioloq  Rafiq  Yusifli  deyir ki, xroniki xəstəlikləri olan insanlar  həmin günlər  səhhətinə daha  çox diqqət yetirməli, qızardılmış, yağlı və duzlu qidalardan uzaq durmalı, spirtli  və qazlı, şirin  içkilər qəbul etməməlidirlər. Bununla yanaşı,  onlar təmiz havada gəzməli,  həkimin təyin etdiyi dərmanları vaxtında  qəbul  etməlidirlər! Bir sözlə, maqnit qasırğası olan günlər bütün insanlar daha diqqətli olmalı və düzgün qidalanmalıdırlar!

Emil Faiqoğlu