Bu ərazilərdə qaz olmayacaq
![](https://adalet.az/uploads/img/posts/2024/08/06/6jpg-1722921230.jpg)
Nəsimi rayonunun Cavadxan küçəsində 3 ədəd siyirtmənin əvəz olunması və Sumqayıt şəhərinin Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 06.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan Adalet.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun (Cavadxan, 20 Yanvar, Asif Məhərrəmov küçələri) və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.