06 Avqust 2024 18:03
189
HADİSƏ

Övladını satmaq üçün video paylaşan ananın uşağı əlindən alındı

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı tədbir görülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindənm Adalet.az-a verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

"Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülmüş, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib. Bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.