"Beş nəfərlik faciə" -dən yazdı Əbülfət Mədətoğlu
Barəsində fikirlərimi bölüşməyə həvəsləndiyim kitabın müəllifi Qəşəm İsabəylidi. Uzun illərin sınağından keçib gələn bir ərk bağlayır məni Qəşəm müəllimə. Elə həmin ərklə də həmişə söhbətləşir, dərdləşir . arada bir də qarşılıqlı vədlərlə yolumuzu davam edirik. Elə buradaca qeyd edim ki, Qəşəm müəllim Azərbaycanın hüdudlarından kənarda da tanınan və mükafatlara layiq görülən uşaq şairi olsa da, onun çox maraqlı nəsr əsərləri də var. Və bu əsərlərin dili də, yazı üslubu da çox orjinald. Şəxsən mən bunu Qəşəm İsabəylinin özünəməxsusluğu hesab edirəm.
Yaxın günlərin birində Qəşəm müəllimlə atüstü görüşdük...Daha dəqiq desəm avqustun 10-da elə "Azərbaycan" nəşriyyatının qarşısında hal-əhval tutduq. Mən də fürsətdən istifadə edib avqustun 14-də tamam olacaq (artıq olmuş - Ə,M.) 75 yaşı ilə bağlı onu təbrik etdim...Bir az da zarafatla onun dilindən yubley qonaqlığı barədə dəqiq söz almağa çalışdım.. O da vəd verdi...Amma anında ca mənə "Dostum, qardaşım..." avtoqrafı ilə "Beş nəfərlik faciə" -ni bağışladı...
O andan bir yerdəyəm bu kitabla.. artıq heykayələrdən və nağıl povestdən ibarət "Beş nəfərlik faciə" ilə dostlaşmışam.. Bunu ona görə xüsusi vurğulayıram ki, oxuduqca gülə-gülə düşünmüşəm...kədərlənmişəm... Hər iki halı mənə yaşadan Qəşəmin həyatda hər gün qarşılaşdığım, amma əhəmiyyət vermədiyim personajları - qəhrəmanları olub... Xüsusi ilə onun heyvan cilidindəki qəhrəmanları... Mən bu anın özündə də düşünürəm ki, kitabdakı nağıl - povest maraqlı bir senaridi...
Masamın üstündə götürmək niyətində olmadığım bu kitabın mənim üçün bir önəmi də müəllifi , onun fikirlərinin alt qatını az-çox görə bilməyimdi... Mən tam əminəm ki, elə həmin o qatlar Qəşəm İsabəyli yaradıcılığının mahiyyətini açır... Bax bu açılışla da mən dostum, qardaşım Qəşəm İsabəyliyə uğurlar diləyirəm. O ki, qaldı "Beş nəfərlik faciə" -nin geniş yozumuna ,yəqinki, ədəbiyyatşünaslarımız gec də olsa dillənəcəklər.
Digər Xəbərlər
18 Dekabr 2025 10:42
Seyran Səxavət Füzuli dərdi İlə yoğrulmuş sözün səxavətidir - Şəmsi Qoca yazır
17 Dekabr 2025 09:58
Hay ver bizə, cənab leytenant…
16 Dekabr 2025 17:44
ŞƏRƏFLİ ÖMÜR, UNUDULMAZ İNSAN
16 Dekabr 2025 17:34
Tələt Qənbərov ədalətin və vicdanın simvolu
16 Dekabr 2025 15:28
Şəfəq Vilayətqızının ŞEİRLƏRİ
16 Dekabr 2025 09:36
Anar Ələkbərov Xalq yazıçısını evində TƏBRİK ETDİ
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16


Bakı -°C

