"Bəzi sənətçilər rola girərək, ağlamağı belə bacarmırlar" - Xalq artisti
"Biz oynadığımız rolların üstündə o qədər əziyyət çəkirik ki. Onları araya, ərsəyə gətirmək üçün canımızı qoyuruq. Aktyorun qüdrəti ondadır ki, oynadığın obraza yenilik gətirəsən, səndə olmayan nəyisə qatasan. Sadəcə məndən obrazda hansısa ştirixlər ola bilər. Gənc yaşlarımdan hər zaman istəmişəm ki, Anna Manyani kimi kino aktrisa olmaq istəmişəm. Təəssüflər olsun ki, bizdə o qədər də böyük filmlər çəkilmədi, məni də çəkmədilər. Sadəcə Vaqif Mustafayevin filmlərində özümə məxsus obrazlar oynadım və onun kino aktrisası oldum. Əfsuslar olsun ki, qadınlar üçün çox az rollar yazılır. Azərbaycan dramaturgiyasında Cəfər Cabbarlını çıxmaq şərtilə aktrisalar üçün yazılan rollar çox zəifdir"
Adalet.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Səidə Quliyeva deyib. O daha sonra əlavə edib.
"Ümumiyyətlə mən çalışıram ki, çəkilişdə çəkiləndən sonra gedib özümə baxmayım. Bilirsiniz nə üçün baxmıram? Qorxuram ki, orada nəsə xoşuma gəlməz, sonra həmin gün mənim çəkiliş əhval-ruhiyyəm pozular. "Fransız" filminə çəkiləndə bizim operatorumuz Rafiq Quliyev idi. Mən çəkinirdim Vaqif müəllimdən soruşum ki, necə oynayırıq? Razısınız bizdən? Rafiq müəllimdən soruşurdum. O da hər dəfə "Səidə super" deyirdi. Filmdən sonra müxtəlif fikirlər aldım" deyə sənətkar bildirib.
Xalq artisti Səidə Quliyeva aktyor bacarığı kasad olan sənətçilərdən də danışıb. O bildirib ki, bəzi sənətçilər rola girərək, ağlamağı belə bacarmırlar.
"Bizim gənc aktrisalarımızdan biri dedi ki, "mən ağlayıram". Ağlamaq o demək deyil ki, bir gözün ağlasın, bir gözün yox. Mən onun çəkildiyi həmin filmə də baxdım. Əgər o ağlamaqdırsa, mən ona gülürəm. Bir nöqtəyə baxsan onsuz da gözün yaşaracaq. O ağlamaq deyil. Ağlamaq daxildən gəlməlidir, sən özün ağlamaya da bilərsən, tamaşaçını ağlatmalısan" deyə sənətkar bildirib.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

