Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Oktyabrın 13-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, oktyabrın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti qeyrı-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən şərq rayonlarında güclü olub.
Düşən yağıntının miqdarı Sabirabadda 57 mm, Lənkəranda 47 mm, Cəfərxanda 23 mm, Astara, Neftçalada 5 mm, Qrız, Yardımlı, İsmayıllı, Şahdağ, Mingəçevir, Altıağac, Xaçmaz, Xaltan, Oğuz, Qəbələ, Şəki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şamaxı, Quba, Qusar, Şabran, Goranboy, Yevlax, Göyçay, Zərdab, İmişli, Şirvan, Bərdə, Biləsuvar, Xınalıq, Lerikdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 9 mm, Pirallahıda 2 mm, Çilov adası, Maştağa, Binədə 1 mm-dək olub.
Şəmkir, Naftalan, Göygöl, Balakən, Daşkəsən, Lerik, Qrız, Tərtər, Göycay, Şəki, Qax, Qobustan, Quba, Qusar, Qəbələ, Xınalıq, Xaltanda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.
Digər Xəbərlər

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub

TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi - FOTOLAR

"Daha heç kim bizi bu yerlərdən çıxara bilməz" - İlham Əliyev

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub - FOTOLAR

Prezident Qiyaslı kəndindəki tarixi məscidin binasının açılışında iştirak edib

Qusara prokuror təyin olunub

İlham Əliyev və Berdiməhəmmədov Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar - FOTOLAR
