""Binokl diplomatiyası" heç cür qəbuledilməzdir" - İlham Əliyev
Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı “buna nə ehtiyac var idi”, deyə sual edib:
“2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq”.
Digər Xəbərlər
14 Mart 2026 14:03
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
14 Mart 2026 12:50
Azərbaycan-Çin əlaqələri müzakirə edilib
14 Mart 2026 12:37
Hikmət Hacıyev Eduard Stiprays ilə TRIPP-i müzakirə edib
14 Mart 2026 12:24
Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi
14 Mart 2026 11:24
“Azərbaycanın onlardan imtina etməklə...”
14 Mart 2026 11:20
“ABŞ hazırda İranı ona görə ram etmək istəyir ki...”
14 Mart 2026 10:47
Müctəba Xamenei növbəti mərhələdə vəzifəsindən alınacaq - Politoloq
14 Mart 2026 08:04


Bakı -°C

