Bir az sərt olacaq, amma deməsəm olmaz! - Şəhanə Müşfiq yazır

Bir az sərt olacaq, amma deməsəm olmaz! Siz allah, intihar edən şəhid nişanlısını "şəhid" adlandırmayın! Səbəb nə olursa olsun, canına qıyan heç kim şəhid ola bilməz! Sevən insan sevgisini yaşadar, onun anasına, ailəsinə dəstək olar.
Bu günlərdə gördüm toyuna 20 gün qalmış rəsmi nikahı olan nişanlısı şəhid olandan sonra qız gedib oturub şəhidinin evində. Deyir, nolsun ki, toyumuz olmadı, mən onun soyadını daşıyıram, burada da onun xatirəsi və valideynləri ilə birgə yaşayacam! Şəhidin atası da deyir ki, balamın iyini gəlnimdən alıram! Budur ucalıq! Budur əsl sevgi! Yoxsa canına qıymaq, bir dərdin üstünə daha ağır dərd gətirmək deyil. Siz də onları ucaldıb, başqalarını da intihara təhrik erməyin. Sonra da deyəcəksiz "niyə artdı axı bu intiharlar?" Bax, sizin kimi pafos xəstələrinə görə artır intiharlar.
Zamanında Fərizəni şəhidlər xiyabanında şəhid statusu ilə dəfn edərkən qoyulmuşdu bu səhvin təməli, siz davam etdirməyin! Noldu, ana, ata balasının ölümünə dözdü, yar dözmədi? Siz allah, bəsdirin!
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
