Bir cərrah sağlam ayağı kəsir, o birisi sağlam gözü çıxarır: Növbəti olay...

Yəqin ki, yadınızdadır: 2016-cı ildə Azərbaycanda həkimin sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsməsi barədə məlumatlar gündəm oldu. Hadisəylə bağlı Angioloji və Mikrocərrahiyyə Mərkəzinin cərrah həkimi Valeh Kərimov onunla bağlı səsləndirilən iddialara münasibət də bildirdi.Dedi ki, guya xəstənin hər iki ayağında qanqrena olub:” Sadəcə birində proses çox dərin idi. Yəni, çürümə çox idi. Digərində isə proses hələ yeni başlayıb. Hər iki ayaq kəsilməli idi. Sol ayaq amputasiya olunmalı idi, mən sağ ayağı əməliyyat etmişəm. Uşaqlarını da başa salmışam”.
Xəstə yaxınları ilə həkim araında insident yarandı və V.Kərimov Yasamal Rayon Polis İdarəsinə çağırıldı.
Ötən il oxşar hadisə Avstralyanın Linz şəhərində qeydə alındı.Həkim əməliyyatdan iki gün sonra etdiyi səhvin fərqinə varıb. Bundan sonra qadının digər ayağı da kəsilib. Səhlənkarlıqda təqsirləndirilən 43 yaşlı cərrah, məhkəmə tərəfindən 2 700 avro məbləğində cərimələnib. Bundan başqa, o, sağ ayağının yerinə sağlam olan sol ayağını kəsdiyi qadının ailəsinə 5 000 avro təzminat ödəməli olub.
Adalet.az Rusiyaya məxsus esp.mid saytına istinadən xəbər verir ki, analoji hadisə Slovakiyada da baş verib. Beləki, oftalmoloq cərrah xəstənin xəstə və görməyən gözünün əvəzinə sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.
Hazırda işdən uzaqlaşdırılan həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.
Qeyd edək ki, həkimin sağlam gözü çıxartması əməliyyatı ötən ilin martında Ukraynanın Xmelnitski rayonunun mərkəzi xəstəxanasında da baş vermişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər

Qan verənlərin sayı açıqlandı - YENİLƏNİB

Koronavirusun yeni ştamı YAYILDI

ÜST-dən ÇAĞIRIŞ: Spirtli içkilərin, siqaretin qiyməti ARTIRILSIN

"Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - Əməkdar artist TƏBİB-dən şikayətləndi

Aşura günü bu məkanlarda qanvermə aksiyası keçiriləcək - SİYAHI

Bu tibb işçiləri cərimələnəcək

“Alternativ müalicə üsullarına aldanmayın – sağlamlıqla bağlı qərarlar elmi əsaslara söykənməlidir”
