Bir daha yüksələn bayraq

Layihə rəhbəri və naşir: Tural Axundov
tərdib edəni, ön sözün müəllifi və redaktoru Mustafa Çəmənli, buraxılışa məsulElşən Məmmədov, Bəhram Oruclu, koordinatoru isə Ruslan Ələkbərov olan
"Bir daha yüksələ bayraq (albom-kitab). bu günlərdə "Təhsil”nəşriyyatında 224səh formatında işıq üzü görüb.
Bu albom-kitaba həm Cümhuriyyət, həm də çağdaş müstəqilliyimiz dövründə vətənimizi və üçrəngli bayrağımızı vəsf edən poeziya nümunələri toplanmışdır.
Müasir oxucularımıza bayrağın tarixən necə müqəddəs bir dəyər olduğunu aşılamaq üçün kitaba Albaniya, Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətləri, Qarabağ, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Bakı, Təbriz və Xoy xanlıqları haqqında ensiklopedik bilgi verməklə yanaşı, bu dövlətlərin günümüzə gəlib çıxan bayraqlarının fotoları da təqdim olunmuşdur. Bununla yanaşı, bayraqların da əks olunduğu miniatürlərdən də istifadə edilmişdir.
Kitabı tərtib etməkdə əsas məqsədimiz 44 günlük Vətən müharibəsi zamanı milli bayrağımıza, Ali Baş Komandana, müzəffər ordumuza, qəhrəman şəhidlərimizə xalqımızın sonsuz sevgi göstərdiyini əyani şəkildə oxuculara çatdırmaq, onlarda vətənpərvərlik ruhunu yüksəltməkdir.
Şəhid və qazi şairlərin şeirlərindən nümunələr də daxil edilmiş kitabda Müdafiə Nazirliyinin Hərbi Orkestri də unudulmamışdır.
Tərtibçi albom-kitabda əksini tapmış qədim dövrlərə aid bayraqların foto- görüntülərinə görə Milli Azərbaycan Tarixi Muzeyinin, Dövlət Bayraq Muzeyinin və İstiqlal Muzeyinin əməkdaşlarına minnətdarlığını bildirir.
Digər Xəbərlər

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR

TİKA həkimlər üçün “Yanıq yaralarının müalicəsi” mövzusunda təlim təşkil edib – FOTOLAR
