Bir sıra generallar üçün vəzifədə olma ilə bağlı yaş məhdudiyyəti ləğv edilir

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.
Sənəddə bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Beləliklə, təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.
Digər Xəbərlər

Paşinyanın kofe içmək təklifinə İlham Əliyevdən cavab - VİDEO

Prezidentdən kübar davranış - VİDEO

Əli Nağıyev MDB dövlətlərinin xüsusi xidmət orqanları rəhbərlərinin iclasında - FOTOLAR

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO

Leyla Əliyeva Türk dünyası rəsm qalereyasında - VİDEO

Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb

Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
