Bitcoin və əsas kriptovalyutalar bahalaşdı
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində artım qeydə alınıb.
Adalet.az xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına görə, "Bitcoin" son 24 saat ərzində 1,16 faiz bahalaşaraq 78 721,07 ABŞ dollarına yüksəlib.
"Ethereum"un qiyməti 2,10 faiz artaraq 2 474,89 dollar, BNB 1,13 faiz yüksələrək 693,81 dollar, "Solana" isə 1,74 faiz bahalaşaraq 103,88 dollar təşkil edib.
Digər əsas kriptovalyutalar arasında da müsbət dinamika müşahidə olunub. "Zcash" 4,81 faiz artımla 859,01 dollara, "Monero" 2,67 faiz artımla 516,71 dollara, "Bitcoin Cash" 1,55 faiz yüksəlişlə 248,10 dollara, "Bittensor" isə 1,38 faiz bahalaşaraq 231,07 dollara çatıb.
Qızıl əsaslı kriptovalyutaların qiymətində də artım qeydə alınıb. Belə ki, "PAX Gold" (PAXG) 0,42 faiz bahalaşaraq 4 438,91 dollara, "Tether Gold" (XAUT) isə 0,40 faiz artaraq 4 430,28 dollara yüksəlib.
"CoinMarketCap 20" indeksi də son sutkada 1,63 faiz artaraq 161,31 bəndə çatıb.
Bazar iştirakçıları kriptovalyutaların bahalaşmasını dolların son yüksəlişdən sonra geri çəkilməsi və alternativ aktivlərə marağın davam etməsi ilə əlaqələndirirlər. Bununla yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin sentyabr ayında faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilərin güclənməsi, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və geosiyasi risklərin artması riskli aktivlərə təzyiq yaradan əsas amillər olaraq qalır.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
17 Sentyabr 2026 11:55
2026-cı ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansında nələr dəyişib?
17 Sentyabr 2026 09:44


Bakı -°C

