"Biz Astanada Maştots, siz də İrəvanda Kunanbayev adına park salın:Şəhərlərimiz qardaşlaşsın"
Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev İrəvana səfər edib.Qazaxıstan prezidentini Zvartnots hava limanında Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan qarşılayıb.
Ermənistana rəsmi səfəri bu gün başlayan Tokayev Baş naziri Nikol Paşinyanla görüşüb. Paşinyan İrəvanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə danışıqlardan sonra deyib ki, Ermənistan Azərbaycanla əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişi imzalamağa hazırdır. “Həmkarıma Azərbaycanla aparılan son danışıqları təqdim etdim, İrəvanın Ermənistan və Azərbaycan arasında razılaşdırılmış üç prinsip əsasında regionda sabitlik və sülhün bərqərar olmasına hazır olduğunu təsdiqlədim.
Bu, 1991-ci il Almatı bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, Ermənistanla Azərbaycan arasında qarşılıqlı delimitasiyanın həyata keçirilməsi, habelə dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, qarşılıqlı və bərabərlik prinsipləri əsasında regional infrastrukturların açılmasıdır. Sonuncu kontekstdə Ermənistan hökumətinin təklif etdiyi və reallaşınca regionda vəziyyəti kökündən dəyişə biləcək “Sülh qovşağı” layihəsi barədə danışdıq”
Daha sonra Ermənistanın paytaxtı İrəvan və Qazaxıstanın paytaxtı Astana qardaşlaşmış şəhərlər elan edilib.
Ermənistan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq və əməkdaşlığın 25-ci ildönümü olduğunu qeyd edən Paşinyan Astanada erməni əlifbasının ixtiraçısı Mesrop Maştots adına park , İrəvanda isə qazax şairi, qazax ədəbiyyatının banisi Abay Kunanbayevin adına park salınacaq".
Əntiqə Rəşid
Digər Xəbərlər
08 Sentyabr 2026 18:00
ƏDV-dən və gömrük rüsumundan azad edilən malların siyahısı genişləndirilib
08 Sentyabr 2026 17:47
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
08 Sentyabr 2026 17:37
DİN AMERİPOL-da müşahidəçi statusu əldə edib
08 Sentyabr 2026 16:27
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
08 Sentyabr 2026 14:24
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
08 Sentyabr 2026 14:13
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
08 Sentyabr 2026 12:38
Sabah hava necə olacaq?
08 Sentyabr 2026 12:27


Bakı -°C

