BQXK Qarabağda qalan ermənilərlə görüşdü: Ermənilər son durumla bağlı nə dedilər? - VİDEO
Ötən gün Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda qalan bir neçə sakinin axtarışının necə aparıldığını əks etdirən video yayımlamışdı..
Adalet.az erməni mediasına istinadən bildirir ki, axtarışlar nəticəsində 4 nəfər tapılıb.
“ Su gətirməyə gedirdim. Sizi uzaqdan gördüm, Qırmızı Xaç olduğunuzu anladım və sizə yaxınlaşdım” - deyə Qarabağda qalanlardan biri nə işığın, nə də televizorun işləmədiyini deyərək nə edəcəklərini bilmədiyini qeyd edib.
“Mənə dedilər ki, heç kim qalmayıb. Amma bəlkə də mənim qohumlarım Xankəndidədir? Bilmirəm, onlarla əlaqə saxlamağa çalışdıq, olmadı. Əgər qohumlarım Xankəndidədirsə, mən burada nə edim? Baxmayaraq ki, onların orada olduğunu düşünmürəm. Yəqin ki, indi Ermənistandadırlar. Mən burada necə yaşamalıyam, kiminlə yaşamalıyam? Kişi yoxdur, tək ata, yetkin kişi. Atamın başqa yerdə ölməsini istəməzdim, çünki anam burada dəfn olunub, kədərlidir. İndi ona desəm: gedək Ermənistana, yolda öləcək. Onun 92 yaşı var, biz həmişə burada yaşayacağımıza ümid edirdik”, - deyə o bildirib.
Qeyd edək ki, separatçıların təslim olmasından sonra Xocalı və Xocavənddə, o cümlədən, keçmiş Ağdərə rayonu ərazisindən ermənilər Xankəndiyə gətirilir. Ağdərədəki ermənilər sülhməramlılar tərəfindən Xankəndiyə aparılır, ötən ayın sonunda onların sayının 4 min olduğu deyilirdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
04 Aprel 2026 10:58
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
04 Aprel 2026 10:54
Yol polisindən sürücü və piyadalara müraciət
04 Aprel 2026 10:52
Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00


Bakı -°C

