22 Iyul 2016 16:20
259846
MODA

Bu da dünyanın ən yaraşıqlı kişisi

Dünyanınən arzulanan kişisi seçilib. Böyük Britaniyanın Soutport şəhərində keçirilən MisterWorld 2016 gözəllik müsabiqəsində güclü cinsin ən yaraşıqlısı müəyyənləşib. Bu,27 yaşlı hind aktyoru Rohit Kandelvaldır.

ƏslənHeydərabad şəhərindən olan bu aktyorun fotoqrafı deyir ki, o, əyalətdən təzəgələndə adi oğlan idi. Onu ancaq epizodik rollarda çəkirdilər. Sonra qarşısınaməqsəd qoydu, davamlı idman məşqləri və bir neçə estetik əməliyyatlarla nəhayətarzusuna çatdı. Əvvəlcə Hindistanın ən yaraşıqlı kişisi seçildi, sonra dünyanıgözəlliyi ilə fəth etdi.